...

LEONİD SLUTSKİ: 2006-CI İLDƏ AZƏRBAYCANDA "MÜVƏQQƏTİ MƏSKUNLAŞAN SON 40 MİN NƏFƏR EVLƏ TƏMİN EDİLƏ BİLƏR"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2005 12:15 (UTC +04:00)

Beynəlxalq təşkilatlar ümid edir ki, 2006-cı ilin sonuna qədər Azərbaycanın çadır şəhərciklərində yaşayan "müvəqqəti məskunlaşan 40 min nəfər" evlə təmin olunacaq. Trend agentliyinin məlumatına əsasən, bu barədə RF Dövlət Dumasının beynəlxalq işlər üzrə sədr müavini, AŞ PA-nın Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Leonid Slutski Bakıda keçirilmiş mətbuat konfrasında bildirib. Onun fikrinə görə, qaçqınlar və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan hökumətinin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir və beynəlxalq təşkilatlar bu məsələnin tam həllinə ümid edir.

Azərbaycanda gözlənilən parlament seçkilərilərindən danışan Leonid Lutski qeyd edib ki, beynəlxalq müşahidəçilərdən ibarət nüfuzlu nümayəndə heyətinin bir məqsədi var - "seçkilərin qeyri-demokratik olmasını elan etmək". "AŞ PA ölkə haqqında tam məlumata malik olmayan ayrı-ayrı parlamentarilərin subyektiv fikirləri əsasında qərar qəbul edir. AŞ Parlament Assambleyasında Rusiyaya, Azərbaycana və digər keçmiş sovet ölkələrinə münasibətdə "ikili standartlara" uyğun siyasət aparılır", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti