...

HÖKUMƏT MƏCBURİ KÖÇKÜNLƏRİN YAŞADIĞI 77 YATAQXANANIN TƏMİRİNƏ 20 MLRD MANAT AYIRIB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2005 13:31 (UTC +04:00)

Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanaların təmirinə 20 mlrd manat ayırıb. Bu barədə Trend agentliyinə baş nazir müavini, qaçqın və məcburi köçkünlərin işi üzrə Dövlət komitəsinin sədri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, bu vəsait Bakı və Sumqayıt şəhərlərində 77 yataqxananın əsaslı təmirinə sərf olunacaq (56 yataqxana Bakıda, 21 yataqxana Sumqayıtda). "Dövlət komitəsi bir ay ərzində layihənin texniki-iqtisadi əsaslarını hazırlayaraq, onun həyata keçirilməsinə başlayacaq", - deyə A. Həsənov bildirib.

Bütövlükdə, Azərbaycanda qaçqın və məcburi köçkünlərin yaşadığı 268 yataqxana təmir edilməlidir. Bakı və Sumqayıt şəhərlərində yataqxanaların təmiri başa çatan kimi Dövlət komitəsi digər binaların bərpasına başlayacaq.

Bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti yanında keçirilmiş müşavirədə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması məsələsi qaldırılıb və onların sosial-iqtisadi vəziyyəti ilə bağlı problemlərin həlli yolları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti