...

STİVEN MƏNN: DANIŞIQLAR PROSESİNDƏ YENİ ATMOSFER VƏ SƏMİMİLİK GƏLƏCƏK SAZİŞİN BAZA PRİNSİPLƏRİNNİN MÜƏYYƏNLƏŞMƏSİNƏ İMKAN VERİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2005 11:44 (UTC +04:00)

(Mediamaks) - ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bəyan edib ki, "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə tərəflərin razılığa gəlmələri hələlik mümkün deyil". Merzlyakovun sözlərinə görə, hər hansı bir razılığa gəlinməsi həm ekspertlərin, həm də münaqişə tərəflərinin ağır zəhmətini tələb edir.

Minsk qrupunun fransalı həmsədri Bernar Fasye isə qeyd edib ki, münaqişənin nizamlanmasında bir sıra irəliləyişlər var, lakin hələlik tərəflərin razılığa gələ bilmədikləri bəzi mürəkkəb aspektlər də qalmaqdadır.

"Hesab edirik ki, tərəflər arasında danışıqların müsbət inkişafına təkan verən qarşılıqlı əlaqə və danışıqlar ruhu çox vacibdir", - deyə, o bildirib.

Amerikalı vasitəçi Stiven Mənn qeyd edib ki, ekspertlər səviyyəsində bütün texniki məsələlərin həllində vacib mərhələ prinsiplərin hazırlanmasıdır. Onun sözlərinə görə, münaqişənin nizamlanması prosesində yeni atmosfer və səmimilik gələcək sazişlərin baza prinsiplərinin müəyyən olunmasına imkan verir.

Xəbər lenti

Xəbər lenti