...

STİVEN MƏNN: HƏLƏLİK DANIŞIQLARDA HƏR HANSI İRƏLİLƏYİŞLƏRİN OLDUĞUNDAN DANIŞMAQ TEZDİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2005 12:44 (UTC +04:00)

(ARKA) - ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Stiven Mənn Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müsbət qiymətləndirib.

Lakin o, hər hansı bir irəliləyişlərin olmasından danışmağın hələ tez olduğunu hesab edir. Onun "ARKA" agentliyinə verdiyi məlumata görə, "prosesin yaxşı və peşəkar səviyyədə inkişaf etməsinə baxmayaraq, dəhəmsədrlər hələ prosesdə hər hansı bir nəticənin və ya razılaşmanın əldə olmasından danışa bilmirlər".

"Danışıqlar prosesində müəyyən uğurlar var. Lakin biz erməni tərəfinin nümayəndələri ilə danışıqlardan və Azərbaycan və Ermənistan rəhbərlərinin Kazanda görüşündən sonra daha çox şey söyləyə bilərik", - deyə S.Mənn bildirib.

O qeyd edib ki, nizamlanma barədə müəyyən sənədin hazırlanması barədə heç deyə bilməz. Həmsədrlər bəzən bir sıra təklifləri protokollaşdırmağı faydalı hesab etsələr də, münaqişənin həllinin axtarışı prosesi davam etdiriləcək.

Həmsdər qeyd edib ki, uzun müddət tərəflər nizamlanmaya dair öz mövqelərini, o cümlədən, Ermənistan paket, Azərbaycan isə mərhələli qaydada həllində israr ediblər. "Hesab edirəm ki, biz hər iki tərəfin diqqətinə bu məsələnin hər hansı bir kompleks həllini tapmağı çatdıra biləcəyik", - deyə S.Mənn bildirib. O qeyd edib ki, danışıqların bundan qabaqkı mərhələdə müsbət istiqamətdə inkişaf etməsi və müsbət irəliləyişlərin mövcudluğu bu problemin tam həll olunacağına inamı artırır.

Xəbər lenti

Xəbər lenti