...

STİVEN MƏNN: CİDDİ İRƏLİLƏYİŞİN ƏLDƏ OLUNMASI ÜÇÜN CİDDİ ŞANS VARDIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2005 18:32 (UTC +04:00)

(Mediamaks) -ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bu gün İrəvanda bəyan edib ki, regiona səfər çərçivəsində vasitəçilər Ermənistan və Azərbaycan prezidentləri ilə "Dağlıq Qarabağ münaqişəsinin gələcək nizama salınmasının əsas elementlərini" "geniş və təfərrüatı ilə " müzakirə ediblər.

Bu gün İrəvanda keçirilən brifinqdə çıxış edən rusiyalı vasitəçi deyib ki, "hazırda biz münaqişənin həlli variantlarının formulə edilməsi üzərində işləyirik ". Merzlyakovun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentlərinin avqustun sonunda Kazanda görüşünün keçirilməsi barədə razılaşdırılmanı həmsədrlərin regiona səfərinin əsas yekunu hesab etmək olar.Həmin razılaşdırılma avqustun 23-də Moskvada iki ölkənin XİN başçılarının məsləhətləşmələrində müzakirə olunacaq.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn "ciddi irəliləyişin əldə olunması üçün ciddi şansın" olması barədə bəyan edib.O, qeyd edib ki, son il ərzində münaqişə tərəfləri əhəmiyyətli irəliləyişə nail ola bilib.

Xəbər lenti

Xəbər lenti