...

BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞININ YENİ TƏYİN OLUNMUŞ NÜMAYƏNDƏSİ HÖKUMƏTLƏ SIX ƏMƏKDAŞLIQ YARATMAĞA SƏY GÖSTƏRİR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2005 18:36 (UTC +04:00)

Azərbaycana yenicə təyin olunmuş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Uilyam Tol ölkə hökuməti ilə sıx əlaqələr yaratmaq niyyətindədir.

Qaçqınlar və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr, informasiya və mətbuat xidmətindən "Trendə verilən "məlumata görə, bu barədə o, baş nazirin müavini, Beynəlxalq humanitar yardım üzrə Respublika Komissiyasının və Dövlə Komitəsinin sədri Əli Həsənovla görüşündə bəyan edib.

Uilyam Tolu yeni təyinat münasibətilə Azərbaycan xalqı adından təbrik edən Əli Həsənov onu Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarından qovulmuş 1 milyon qaçqın və məcburi köçkünün vəziyyətinin yaxşılaşdırılması ilə bağlı hökumətin apardığı işlər barədə məlumatlandırıb.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Uilyam Tol bu sahədə özünün 12 illik iş təcrübəsini faktını diqqətə çatdıraraq Azərbaycanın müxtəlif regionlarıvnda yaşayan qaçqınlar və məcburi köçkünlərlə görüşmək arzusunda olduğunu ifadə edib.

O bizim ölkəmizdə işləyəcəyi 4 il ərzində Ahərbaycan hökuməti ilə sıx əlaqələr quracağını, öz doğma ocaqlarından didərgin düşmüş insanların problemlərinə diqqət və qayğı ilə yanaşacağını vəd edib.

Xəbər lenti

Xəbər lenti