...

INTERNATIONAL CRISIS GROUP DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASI ÜÇÜN İCTİMAİ FİKRİN HAZIRLANMASININ ZƏRURİLİYİNİ BƏYAN EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2005 16:10 (UTC +04:00)

(Mediamaks) - Beynəlxalq Böhran Qrupu (ICG) təşkilatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə tövsiyyələr hazırlayır ki, onlardan birincisi ictimai rəyin yüaradılmasının zəruriliyidir.

Bu barədə ICG-in vitse-prezidenti Alen Deletroz (Alain Deletroz) bəyan edib. O bildirib ki, "xalqların güzəştə getməsinə KİV və prezidentlərin çıxışları vasitəsilə hazırlıq aparılmadan nail olmaq mümkün deyil.

"Hazırda biz ictimai rəydə hər hansı bir hazırlığın aparılmasını müşahidə etmirik. Bizim il tövsiyyəmizin bundan ibarət olacağı mümkündür ", - deyə Alen Deletroz "Moskvanın "Siyasi sinif" güranlında dərc olunmuş müsahibəsində bildirib.

ICG-in vitse-prezidenti bildirib ki, "hazırda bizim komandamız Dağlıq Qarabağda işləyir və bu məsələ üzhrə məruzə hazırlayır ".

"Biz Azərbaycan və Ermənistanda daxili siyasi vəziyyət barədə iki məruzə hazırlayırıq. Doğrudur, hələlik tövsiyyələr tərtib edilməyib. Əgər tərəflərdən heç biri güzəştə getmək istəməsə, sülh olmayacaq. Belə vəziyyət 40 il davam edə bilər ", - deyə Alen Deletroz bildirib.

"Zaqafqaziyada mövcud olan müsbət elementi unutmaq olmaz. Dünyada atəşkəs elan olunmasından keçən 10 il keçməsinə belə belə azsaylı qurbanların olduğu belə münaqişələrə çox az rast gəlmək olar. Misal üçün, Qarabağ dünyada yeganə münaqişədir ki, burada atəşkəs rejiminə və beynəxalq mexanizmlərin aramsız fəaliyyətinə riayət olunur. Odur ki, bu münaqişənin mədəni həlli üçün zəmin var", - deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti