...

YURİ MERZLYAKOV: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN RƏHBƏRLƏRİ MOSKVADA ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİN İŞTİRAKI İLƏ GÖRÜŞ KEÇİRƏCƏKLƏR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Avqust 2005 19:34 (UTC +04:00)

Ermənistan və Azərbaycanın xarici işlər idarələrinin rəhbərləri avqustuq 23-24-də Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə məsləhətləşmələr keçirəcəklər. Bu barədə Trend ə verdiyi ekskluziv müsahibəsində ATƏT-in MQ-nun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

O bildirib ki, xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyanla telefon danışığı olub və həmin söhbət zamanı qarşıdakı görüşün təfərrüatları müzakirə olunub. "Bu işin texniki hissəsidir. Məsələlərə gəldikdə isə, onlar elə əvvəl müzakirə olunan məsələlərdir və buna görə də biz yeni heç nə təklif edə bilmərik", - deyə diplomat bildirib.

Hər iki ölokənin XİN rəhbərlərinin görüşü avqustun 23-də Moskvada keçiriləcək MDB xarici işlər nazirlərinin iclası dövründə baş tutacaq. ATƏT MQ həmsədrlərinin və iki xarici işlər nazirinin qeyri-formal görüşü MDB XİN başçılarının iclasından sonraya təyin edilib, avqustun 24-də isə rəsmi məsləhətləşmələr keçiriləcək.

Xəbər lenti

Xəbər lenti