...

AZƏRBAYCANLI HƏRBİ ƏSİR YEREVANDAKI MÜVƏQQƏTİ TƏCXRİDXANADA SAXLANILIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Avqust 2005 16:41 (UTC +04:00)

Avqustun əvvəlində əsir düşmüş azərbaycanlı hərbi əsir Ramil İlyas oğlu Xudaverdiyev Yerevandakı müvəqqəti təcridxanalardan birində saxlanılır. Trend in məlumatına görə, bu barədə hərbi əsirlərlə, girovlarla və itkin düşmüşlərlə iş üzrə Dövlət Komissiyasının məlumatında bildirilir.

Onun səhhəti və saxlanma şəraiti qənaətbəxşdir. Xudaverdiyevin əsir düşməsilə bağlı məlumat Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXC) Yerevan nümayəndəliyi tərəfindən Ermənistanın hakimiyyət strukturlarına təqdim olunub.

BQXK tərəfindən ona baş çəkilməsi və qeydiyyata alınması üçün şərait yaradılıb. Məlumatda bildirilir ki, Dövlət Komissiyası erməni tərəfinin bu adıdmını müsbət qiymətğləndirir.

Avqustun16-17-də əsir barpədə məlumat Dövlət Komissiyası tərəfindən R.Xudaverdiyevin qohumlarına təqdim olunub.

Məlumatda o da bilidirilir ki, Dövlət Komissiyası R.Xudaverdiyevin əsirlikdən azad olunması ilə bağlı tədbirlər görməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti