...

ELMAR MƏMMƏDYAROV: DAĞLIQ QARABAĞ MÜNAQİHHƏSİNİN NİZAMLANMASI ÜZRƏ ERMƏNİ HƏMKARIMIZLA BİRLİKDƏ ÜMUMİ MƏXRƏCƏ GƏLƏCƏYİMİZƏ ÜMİD VAR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Avqust 2005 19:54 (UTC +04:00)

Bizim erməni həmkarımızla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ümumi məxrəcə gəlməyə ümidimiz var. Eyni məxrəcə gələk ki, Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirək. Trend in Azərbaycanın Rusiyadakı səfirinin birinci müavini Tamilla Əhmədovaya istinadən yaydığı məlumata görə, belə bir bəyanatla Azərbaycanın xarici işlər naziri Elmar Məməmdyarov Ermənistan XİN-in rəhbəri Vardan Oskanyanla keçirdiyi rəsmi görüşün yekunları üzrə brifinqdə çıxış edib.

Elmar Məmmədyarov bildirib ki, əsasən Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 27-də Kazanda keçiriləcək görüşünə hazırlığa həsr olunmuşdu.

"Biz qarşıdakı görüşün formatı barədə razılığa gəldik", -deyə Azərbaycan XİN-nin rəhbəri qeyd edib və bildirib ki, bütünlükdə danışıqlar "gedir və ən əsası budur".

Öz növbəsində Ermənistanın XİN-nin rəhbəri də görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq üzrə məsələlərin müzakirə olunduğunu təsdiqləyib.

Sonda Rusiya XİN-nin rəhbəri Serqey Lavrov çıxış edib. Lavrov bildirib ki, tərəflər Dağlıq Qarabağ sülh yolu ilə nizamlanması məsələsində müəyyən uğur əldə olunacağına ümid edirlər. Rusiya tərəfi isə öz növbəsində danışıqlar prosesinin davam etdirilməsi üçün hər cür şərait yaratmağa çalışır.

Xəbər lenti

Xəbər lenti