(Mediamaks) - Kazanda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryanın görüşü başlayıb.
Mediamaksın Kazana ezam olunmuş xüsusi müxbirinin xəbər verdiyi kimi, görüşdə ATƏT-in rusiyalı, fransalı və amerikalı həmsədrləri Yuri Merzlyakov, Bernar Fasye və Stiven Mənn, həmçinin Ermənistan və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri də iştirak edirlər.
Lakin Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistanın dövlət başçılarına qoşulması gözlənilmir.