...

RAUF DENKTAŞ: İŞĞALÇI ERMƏNİ QOŞUNLARI AZƏRBAYCAN TORPAQLARINDAN ÇIXARILMALIDIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Avqust 2005 14:27 (UTC +04:00)
RAUF DENKTAŞ: İŞĞALÇI ERMƏNİ QOŞUNLARI AZƏRBAYCAN TORPAQLARINDAN ÇIXARILMALIDIR

"İşğalçı erməni qoşunları azərbaycan torpaqlarını tərk etməlidir".

Trend in məlumatına görə, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin banisi və birinci prezidenti Rauf Denktaş avqustun 29-da Şəhidlər Xiyabanında şəhidlərin memorialına əklil qoyma mərasimindən sonra bildirib.

O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Azərbaycan tərəfinin təşəbbüslərini yüksək qiymətləndirərək bildirib ki, heç kimin özgə torpaqlarına göz dikmək haqqı yoxdur. Rauf Denktaş Kipr və Dağlıq Qarabağ problemlərinin nizamlanmasına ikili standartlarla yanaşan qərb ictimaiyyəti və təşkilatların mövqeyini pisləyib.

Günün birinci yarısında R.Denktaş və XİN başçısı Sərdar Denktaşın rəhbərlik etdiyi ŞKTC-nin nümayəndə heyəti həmçinin, keçmiş prezident H.Əliyev, onun həyat yoldaşı Z.Əliyeva, keçmiş prezident Ə.Elçibəyin qəbirlərinə və türk əsgərinin xatirə abidəsinə də əklillər qoyub.

Xəbər lenti

Xəbər lenti