...

UKRAYNANIN ERMƏNİSTANDAKI SƏFİRİ ÖLKƏSİNİN ÖZ SÜLHMƏRAMLILARINI QARABAĞIN MÜNAQİŞƏ ZONASINA GÖNDƏRİLMƏSİNƏ HAZIR OLDUĞUNU TƏSDİQ EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Oktyabr 2005 12:10 (UTC +04:00)

(ARKA) - Ukraynanın Ermənistandakı səfiri Aleksandr Bojko öz ölkəsinin zərurət yaranarsa Ukrayna sülh məramlılarını Dağlıq Qarabağın münaqişə zonasına göndərilməsinə hazır olduğunu təsdiq edib.

Trend bildirir ki, Ukrayna səfiri jurnalistlərin suallarını cavablandırarkən Ukrayna XİN başçısı Boris Tarasyukun bu yaxınlarda etdiyi bəyanatı xatırladıb.

Həmin bəyanatda qeyd olunur ki, əgər bu, beynəlxalq təşkilatların, hər şeydən əvvəl, BMT və ATƏT-in qərarı və hər iki tərəfin razılığı əsasında münaqişənin sülh yolu ilə nizama salınması prosesində tələb olunursa, onda Ukrayna öz sülhməramlılarını münaqişə zonasına göndərməyə hazırdır.

"Bizim mövqeyimiz məhz bundan ibarətdir"-deyə A. Bojko qeyd edib.

Xəbər lenti

Xəbər lenti