...

DAĞLIQ QARABAĞDA ŞAHMAT TURNİRİ BEYNƏLXALQ STATUS DAŞIYA BİLMƏZ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Oktyabr 2005 18:28 (UTC +04:00)

Ermənistanın Şahmat Federasiyasının Xankəndində təşkil etdiyi şahmat turniri beynəlxalq status daşımır. Bu barədə Beynqəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjanovun Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyinin müraciətinə rəsmi cavabında bildirilir. Bu barədə Nazirlyiin informasiya idarəsinin rəisi Raqif Kərimovun Trend ə məlumat verib.

Beynəlxalq Federasiyanın prezidenti bildirib ki, bu adi turnirdir. Belə ki, onun nəticələri iştirakçıların reytinqinə heç bir təsir göstərməyəcək. Federasiya həmçinin aydınlaşdırıb ki, turnirdə Rusiya, Ermənistan və Gürcüstandan bir neçə şahmatçı iştirak edəcək və orada yüksək rütbəli qrossmeysterlərin iştirakı gözlənilmir.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, Federasiya bu tədbirlə bağlı artıq bir dəfə Ermənistanın şahmat federasiyasına xəbərdarlıq edib.

Ermənistanın KİV oktyabrın 3-də Xankəndində Rusiya, ABŞ, Almanyia , Niderland, Çin, İspanyia, Polşa, Ukrayna, Finlandiya, Moldaviya, Latviya və Ermənistandan 20 şahmatçının iştirak etdiyi turnirin keçirilməsi barədə məlumat yayıb. Onların məlumatına görə, turnirin təntənəli açılış mərasimində Ermənistanın Şahmat Federasiyasının prezidenti, Ermənistanın müdafiə naziri Serj Sarkisyan iştirak edib.

Xəbər lenti

Xəbər lenti