...

ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRİ ATƏT-İN PARLAMENT ASSAMBLEYASININ DAĞLIQ QARABAĞ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2005 18:12 (UTC +04:00)

(Mediamaks) - Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün Yerevanda ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerlə görüşüb.

XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Qoran Lenmarker Vardan Oskanyana ATƏT-in PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin məruzəsinin təqdim olunduğu ATƏT-in Parlament Assambleyasının yay sessiyasının yekunları barədə danışıb. Ermənistanın XİN-nin rəhbəri bu sənədə müsbət münasibətini bildirib və münaqişənin sülh yolu ilə nizamlanmasının real təsvirinin təqdim olunduğunu qeyd edib. Tərəflər həmçinin, danışıqlar prosesinin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Vardan Oskanyan və Qoran Lenmarker eləcə də, Türkiyənin AB-nə daxil olması ilə bağlı danışıqların başlanması kontekstində Ermənistan-Türkiyə münasibətlərindəki problemləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti