(ARKA) - "Ermənistanda konstitusiya islahatları üzrə referendum Qarabağ münaqişəsinin nizamlanmasına birbaşa təsir göstərməyəcək". Bu barədə jurnalistlərə ER XİN-nin başçısı Vardan Oskanyan bildirib. Onun fikrincə, referendumun müsbət nəticələri birmənalı şəkildə ölkədə demokratik əsasları möhkəmləndirəcək.
Nazirin sözlərinə görə, daha demokratik və şəffaf ölkə problemin nizamlanmasında ictimai fikri daha çox nəzərə alacaq. Bu nöqteyi-nəzərdən "referendum və Qarabağ problemi arasında hər hansı bir vasitəli əlaqə mövcuddur".