...

ERMƏNİSTANIN SİLAHLI QÜVVƏLƏRİ ATƏŞKƏSİ POZUB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2005 16:01 (UTC +04:00)

Oktyabrın 10-da saat 23.50-dən başlayaraq Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəsi yenidən pozub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda göstərilir ki, düşmən Goranboy rayonunun qismən işğal olunmuş Qamış aşırımında yerləşən mövqelərindən üzbəüz mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutub. Atışma saat 00.00-dək davam edib.

Düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti