...

Atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2005 13:08 (UTC +04:00)

Oktyabrın 23-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi növbəti dəfə pozub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 16.15-dən başlayaraq düşmənin silahlı qüvvələri Tərtər rayonunun işğal olunmuş Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutub. Saat 17.00-də əsgərlərimiz düşməni cavab atəşi ilə susdurub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti