...

Qoşunların təmas xəttində monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Oktyabr 2005 13:25 (UTC +04:00)

Oktyabrın 25-də Tərtər rayonunun Borsunlu kəndi sahəsində qoşunların təmas xəttində monitorinq keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq reallaşacaq. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Piter Ki və Oleksandr Samarski keçirəcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Miroslav Vimetal, Harri Eronen və Yuri Aberle keçirəcək.

Xəbər lenti

Xəbər lenti