...

Azərbaycanda hesab olunur ki, Robert Köçəryanın bəyanatları regionda sabitliyin pozulmasına yönəlib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2005 18:27 (UTC +04:00)

Ermənistan indi mümkün olan hər bir şeyi edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesinə maneə yaratsın və bütünlükdə ölkənin siyasəti münaqişənin nizama salınmasına kömək etməyə çalışan beynəlxalq ictimaiyyətin səylərini dayandırmağa yönəldilib.Bu barədə Trend ə Demokratik islahatlar partiyasının sədri Asim Mollazadə Ermənistan prezidenti Robert Köçəryanın Dağlıq Qarabağ xalqının beynəlxalq cəmiyyətə yazılmaq imkanı verilməsi zərurəti, eləcə də Azərbaycanın ordunun xərclərini artırmaqla guya təhlükə yaratması barədə Euronews telekanalına bəyanatını şərh edərkən bildirib.

A.Mollazadənin sözlərinə görə, R.Köçəryanın söylədikləri onun bu gün yürütdüyü siyasətin ifadəsidir.Bu siyasət regionda sabitliyin pozulmasına yönəldilib.Dünya üçün əsas təhlükəni Köçəryan özü və onun siyasəti yaradır.

"Əgər beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ məsələsində obyektiv mövqeyinə sadiq qalsaydı, onda Ermənistan kimi işğalçı ölkənin prezidenti belə bəyanatlar verə bilməzdi"-deyə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Trend ə bəyan edib.

QAT sədrinin sözlərinə görə, bu mövqe reallıqlardan uzaqdır və Dağlıq Qarabağ üçün təhlükə yaratmaq məqsədi daşıyır. R.Köçəryanın Azərbaycanın hərbi ehtiyaclarına xərclərin artırılması amilinə toxunan QAT sədri qeyd edib ki, əgər Azərbaycan silahlanırsa, onda bu, işğlçılığa qarşı edilir. "Azərbaycanın özgə ərazilərə iddiası yoxdur"-deyə QAT sədri vurğulayıb.

Öz növbəsində, Azərbaycan XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə R.Köçəryanın bəyanatını şərh etməkdən imtina etdi ki, "Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə kövrək, eyni zamanda müsbət inkişaf edən sülh danışıqları prosesinin disbalans elementləri daxil etməsin". O, vurğulayıb ki, Ermənistan tərəfinin bəyanat və çıxışlarına bürünmüş daxili siyasəti şərhlərə layiq deyil.

Xəbər lenti

Xəbər lenti