...

ATƏT-in Minsk qrupu həmsədrləri Vaşinqtonda iş proqramını tərtib ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2005 14:32 (UTC +04:00)

ATƏT-in Minsk qrupu həmsədrləri təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin 2005-ci ilin dekabrında keçiriləcək iclası və 2006-cı il üçün iş proqramını hazırlayıb. Trend in AzərTac-a istinadən xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Dövlət Departamentindən oktyabrın 24-25-də ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Vaşinqtonda aparılmış növbəti məsləhətləşmələrinin yekunları üzrə məlumat verilib.

Məsləhətləşmələr zamanı həmsədrlər bu vaxta qədər danışıqlarda əldə olunmuş irəliləyişləri qiymətləndiriblər. Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına əmindirlər. ABŞ bu istiqamətdə ATƏT-in səylərini dəstəkləməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti