...

Zəngilanın işğalının ildönümü ilə bağlı tədbirlər keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2005 14:21 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) oktyabrın 29-da Zəngilan rayonunun işğalının ildönümü ilə bağlı bir sıra tədbirlər həyata keçirəcək. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Oktyabrın 29-da saat 11.00-da Şəhidlər Xiyabanı ziyarət olunacaq. Saat 12.00-da isə Beynəlxalq Mətbuat Mərkəzində "Qarabağ bəyannaməsi"nin təqdimat mərasimi keçiriləcək. Zəngilanın işğalının ildönümü günündə imzalanacaq bu sənədə deputatlığa namizədlər imza ataraq Qarabağın işğaldan azad edilməsi üçün parlament fəaliyyətləri ilə bağlı öhdəlik götürəcəklər. Oktyabrın 29-da ölkənin bir sıra rayonlarında da Zəngilanın işğal günü ilə bağlı tədbirlər, anım mərasimləri keçiriləcək.

Oktyabrın 29-da türk sənətçilərinin Heydər Əliyev adına Sarayda keçirilməsi nəzərdə tutulan konsertlə bağlı məsələyə də aydınlıq gətirilib. Məlum olub ki, bu anlaşılmazlıq konsertin təşkilatçılarının diqqətsizliyi ucbatından baş verib. QAT rəhbərliyinin Sarayın direktoru Fərhad Babayevlə danışıqlarından sonra bu məsələ həllini tapıb. Sarayın direktoru işğal günündə keçirilməsi elan olunan həmin konsertin təxirə salınacağını deyib.

Xəbər lenti

Xəbər lenti