...

Beynəlxalq Böhran Qrupu Azərbaycanda 6 noyabr parlament seçkilərinə dair hesabatını açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2005 19:13 (UTC +04:00)

"Azərbaycanda 6 noyabr parlament seçkilərini tənqid etmiş beynəlxalq ictimaiyyət demokratik nəticələr tələb etməli və Bakıya xüsusi diplomatik qrup göndərməlidir". Trend in xəbər verdiyi kimi, bu barədə Beynəlxalq Böhran Qrupunun Azərbaycandakı parlament seçkilərinin yekunlarına dair yeni hesabatında bildirilir.

BBQ hesab edir ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası seçicilər, namizədlər, siyasi tərəflər və müşahidəçilərin şikayətlərinə diqqətlə baxmalı və bunun əsasında saxtakarlığa yol verilmiş yerlərdə nəticələri ləğv etməlidir. Məruzədə o da qeyd olunur ki, qanunsuz olaraq seçki prosesinə müdaxilə etmiş şəxsləri qısa müddət ərzində ədalət məhkəməsinə cəlb edilməlidir. Müxalifət yol verilmiş pozuntuları aradan qaldırmaq və hökumət məmurları ilə dialoqa girmək üçün hüquqi cəhətdən əsaslandırılmış bütün vasitələrə əl atmalıdır.

BBQ 2006-cı ilini əvvəli üçün səsvermənin nəticələrinin ləğv olunduğu dairələrdə təkrar seçkilər keçirməyi, yerli orqanların isə toplaşmaq azadlığını sanksiyalaşdırmağı vacib hesab edir.

BBQ hesab edir ki, əgər hökumət seçkilər zamanı yol verilmiş pozuntuların arada qaldırılması üzrə ölçü götürməkdə davam etməsə və dinc müxalifət nümayişlərinə qarşı güc tətbiq etsə, o zaman Azərbaycana qarşı bir sıra tədbirlər görülməlidir.

Xəbər lenti

Xəbər lenti