...

Vəfa Quluzadə: "Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımağa cəsarət etməyəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2005 12:34 (UTC +04:00)

"Ermənistan Dağlıq Qarabğın müstəqillyini tanımağa cəsarət edə bilməz". Bu barədə Trend ə politoloq Vəfa Quluzadə bildirib.

Qeyd edək ki, "Mediamaks" agentliyinin bildirdiyinə görə, Ermənistan prezidenti Robert Köçəryan tərəflərin Dağlıq Qarabağ probleminin həllində ümumi razılığa gəlməyəcəyi təqdirdə rəsmi İrəvanın Qarabağı müstəqil dövlət kimi tanıyacağını bəyan edib.

V.Quluzadə onu da bildirib ki, R.Köçəryan bu bəyanatla Azərbaycana təzyiq göstərmək niyyətindədir: "Burada da rəsmi Moskvanın əli var. Rusiya Azərbaycanı Özbəkistanın vəziyyətinə sala bilmədiyindən Köçəryanı dindirir. Ancaq buna müvəffəq olmayacaqlar".

Politoloq Aydın Mirzəzadə də həmkarının fikirlərini qismən dəstəkləyib: "Ermənistan istəsəydi bu vaxta qədər Dağlıq Qarabağın müstəqilliyini tanıyardı. Neçə ildir ki, özü bunu dünyadan tələb edir. Azərbaycanın məlum problemlə bağlı qətiyyətli mövqeyini bilən Ermənistan prezidenti növbəti gediş etməklə belə bir bəyanat verib".

A.Mirzəzadə onu da bildirib ki, R.Köçəryanın bu bəyanatı bir neçə gün medianın mövzusu olacaq, sonradan isə unudulacaq: "Çünki bu, ciddi və məntiqsiz fikirdir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti