...

Azərbaycan Naminə Hərəkat dünyanın 20 ölkəsində etiraz aksiyası keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2005 14:22 (UTC +04:00)

"Azərbaycan Naminə Hərəkat (ANH) "Qarabağ" Ümumdünya Etiraz Aksiyaları çərçivəsində 2006-cı ildə dünyanın 20 ölkəsində aksiyalar keçirəcək". Trend xəbər verir ki, bu barədə ANH-nin sədri İlqar Qasımov noyabrın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

İ.Qasımov qeyd edib ki, "Qarabağ günü" devizi altında keçiriləcək aksiyalar 2005-ci ilin dekabrın 7-dən Fransanın paytaxtı Parisdə Dağlıq Qarabağ problemini əks etdirən fotosərgi ilə başlayacaq: "Bundan sonra aksiyalarımızı digər dövlətlərdə davam etdirəcəyik".

ANH rəhbəri onu da vurğulayıb ki, 8 ölkədə açılan Dağlıq Qarabağın nümayəndəlikləri qarşısında da etiraz aksiyaları keçirib onların bağlanmasını tələb edəcəklər.

Xəbər lenti

Xəbər lenti