...

Ermənistan silahlı qüvvələri yanvarın 17-də atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2006 11:43 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə yanvarın 17-də atəşkəsi pozub. Bu barədə Trend ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yanvarın 17-də saat 16.40-dan 16.55-dək işğalçı ordunun bölmələri Noyamberyan rayonu ərazisindəki Böyük Gədik dağının şimal-şərqində və həmin rayonun ərazisindəki Şavaksavan kəndinin 0,2 kilometr cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini və kəndin özünü avtomatlardan və pulyemotlardan atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti