...

Elmar Məmmədyarov yanvarın 18-i səhər Londona yola düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Yanvar 2006 12:20 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın XİN başçısı Vardan Oskanyanla görüşmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-i səhər Londona yola düşüb. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər nazirliyindən məlumat verilib.

Bu gün Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə vasitəçilər Londonda nazirlərlə təkbətək görüş keçirəcək. Daha sonra həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə nahar zamanı görüşəcək.

Yanvarın 19-da vasitəçilərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayacaq.

Xəbər lenti

Xəbər lenti