...

Vardan Oskanyann: Azərbaycan və Ermənistan prezidentləri fevralın əvvəllərində Fransada görüşəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2006 12:38 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentləri fevralın əvvəllərində Fransada görüşəcəklər. Trend in məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan Azərbaycanın XİN-nin rəhbəri Elmar Məmmədyarovla keçirdiyi ikigünlük görüşün yekunlarını "Azadlıq" radiostansiyasının erməni xidmətinə şərh edərkən bəyan edib.

"Dəqiq vaxt və tarix yaxın zamanlarda elan ediləcək", deyə V.Oskanyan bildirib. O, Fransa tərəfinin artıq iki dövlət başçısına dəvətnamə göndərdiyini qeyd edib. Erəmnistanın XİN rəhbəri EöMəmmədyarovla görüşünün nəticələrini müsbət xarakterizə edib. Onun sözlərinə görə, London görüşündə tərəflər hər hansı konkret sənəd üzərində müzakirələr aparmayıblar və "danışıqların aparlıması qaydadarı üzrə vəsait kimi xarakterizə etmək mümkün olan yarım səhifəlik işçi sənədi" müzakirə ediblər. "Həmin sənəddə münaqişənin həll edilməsi prinsipləri təsvir olunub", -deyə V. Oskanyan bildirib.

"Prezidentlərin qarşıdakı görüşündən nəsə gözləmək olarmı?" sualına V.Oskanyan belə cavab verib: "Bu suala cavab vermək çətindir. Lakin danışıqlar prosesində irəliləyişə ümid saxlanılır".

Sonda Ermənistan XİN-nin rəhbəri dövlət başçılarının görüşünə kimi xarici işlər nazirləri səviyyəsində yeni danışıqların aparılması nəzərdə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti