...

Heyki Talvitiye: "AB Dağlıq Qarabağ problemində tərəflərə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsində kömək etməyə hazırdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2006 17:19 (UTC +04:00)

Dağlıq Qarabağ məsələsinin nizama salınması - ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə münaqişə tərəflərinin müzakirə etməli olduğu məsələdir. Əgər hər hansı saziş imzalanarsa, Avropa Birliyi xüsusilə sülməramlı qüvvələrin yerləşdirilməsi məsələsində öz imkanları çərçivəsində dəstək göstərməyə hazırdır". Trend in xəbər verdiyi kimi, bu barədə yanvarın 26-da AB-nin Cənubi Qafqaz ölkələri üzrə missiyasını başa vuran xüsusi nümayəndəsi Heyki Talvitiye bəyan edib.

O vurğulayıb ki, tərəflər bu problemi ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə həll etməlidir. "Nikbinliyin saxlanılmasına və həmsədrlərin böyük iş aparmasına baxmayaraq daha çox işlər görülməlidir" - deyə H.Talvitiye qeyd edib.

Xüsusi nümayəndə onu da bildirib ki, Bakıya səfəri zamanı ölkənin xarici işlər naziri Elmar Məmmədyarovla AB və Azərbaycan arasında əməkdaşlıq məsələlərini, xüsusilə AB çərçivəsində fəaliyyət Planının "Yaxın mehriban qonşuluq proqramı" mövzusunu, o cümlədən Dağlıq Qarabağ probleminin nizama salınması məsələsini müzakirə edib.

"Bu mənada (Fəaliyyət Planı - Trend ) mən çox nikbinəm. Söhbət bu proqramın çox vacib hissələrindən gedir. Mən bizim yenə də aktuallaşdırmaq istədiyimiz AB və Azərbaycan arasında əməkdaşlıq üçün tərəfdaşlığa dair sazişi xüsusilə qeyd edə bilərəm", - deyə H.Talvitiye vurğulayıb.

O bildirib ki, Azərbaycana ikigünlük səfəri zamanı hökumət nümayəndələri, o cümlədən prezident İlham Əliyevlə görüşlər keçirəcək.

Xatırladaq ki, H.Talvitiye yanvarın 27-də Azərbaycana sonuncu səfərinin yekunları üzrə mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti