...

Rino Harniş: "ATƏT-in Minsk qrupu həmsədrləri Vaşinqtonda Rambuye danışıqlarının nəticələri əsasında qarşıdakı addımların atılması imkanlarını müzakirə edəcək"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2006 12:56 (UTC +04:00)

Vaşinqtonda keçiriləcək görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Rambuye danışıqlarının nəticələri əsasında qarşıdakı addımların atılması imkanlarını müzakirə edəcək". Trend in xəbər verdiyi bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton görüşündən münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində hər hansı irəliləyiş gözləmək lazım deyil. Lakin bununla yanaşı ABŞ tərəfi inanır ki, MQ-nin amerikalı, fransalı və rusiyalı həmsədrləri faydalı məsləhətləşmələr aparmağa nail olacaq.

Amerikalı diplomat ABŞ-ın dövlət katibinin müavini Nikolas Bernsə istinadən bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması çərçivəsində razılaşma "yaxın zamanda" əldə olunacaq.

Qeyd edək ki, həmsədrlərin münaqişənin nizama salınması üzrə növbəti görüşünün martın 7-8-də Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti