...

Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2006 12:44 (UTC +04:00)

Martın 8-də və 9-da Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində atəşkəs pozulub. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 8-də saat 10.40-dan 10.45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin İcevan rayonunun Sarakpikaş dağının 0,8 km şimalında yerləşən mövqeləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi yaxınlığındakı mövqeləri; saat 12.26-da Qazax rayonunun Boqanis Ayrım kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri; saat 18.50-də Noyamberan rayonunun Berdavan kəndinin 1,6 km şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı mövqeləri atəşə tutulub.

Martın 9-da saat 02.09-da düşmənin İcevan rayonunun Berkaber kəndinin 1 km şimal-şərqindəki mövqeləri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl Hacılı və Aşağı Əskipara kəndləri yaxınlığındakı mövqeləri atəşə tutulub.

Cavab atəşilə düşmən susdulurub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti