...

Səməd Seyidov AŞ PA-nın Siyasi Komitəsinin iclasında iştirak edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2006 12:43 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Parisə yola düşüb. Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, səfərdə məqsəd AŞ PA-nın Siyasi Komitəsinin martın 14-də Parisdə keçiriləcək iclasında iştirak etməkdən ibarətdir.

İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi də müzakirə olunacaq. Bu, komitənin iclasının gündəliyində müzakirəyə çıxarılacaq 10-cu məsələdir. İclasda AŞ PA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin rəhbəri Lord Rassel Conson bəyanatla çıxış edəcək. İclas Bakı vaxtı ilə saat 17:00-da başa çatacaq.

Qeyd edək ki, Siyasi Komitənin növbəti iclası AŞ PA-nın aprelin 10-dan 13-dək Strasburqda keçiriləcək yaz sessiyası zamanı baş tutacaq.

Xəbər lenti

Xəbər lenti