...

Ermənilər martın 14-15-də növbəti dəfə atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2006 12:40 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 14-də saat 22.20-də Qazax rayonunun Məzəmli kəndinin 0,4 km. cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və kəndin özünü atəşə tutublar. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdaifiə Nazirliyindən məlumat verilib.

Martın 15-də saat 03.36-dan 03.46-dək isə ermənilər Qazax rayonunun Sofulu kəndinin 1,5 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Cəfərli kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutublar. Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti