...

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttindəki mövqeləri erməni hərbçiləri tərəfindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Mart 2006 11:07 (UTC +04:00)

Martın 16-da Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttindəki mövqeləri erməni hərbçiləri tərəfindən atəşə tutulub. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 01.40-dan 01.45-dək düşmənin Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri, saat 06.10-dan 07.20-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndi sahəsindəki mövqelərindən isə Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqeləri avtomatlardan və pulemyotlardan atəşə tutulub.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti