...

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttindəki mövqeləri erməni hərbçiləri tərəfindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2006 11:44 (UTC +04:00)

Martın 16-da Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttindəki mövqeləri erməni hərbçiləri tərəfindən atəşə tutulub. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 17.20-dən 17.25-dək düşmənin İcevan rayonunun Berkaber kəndinin 0,4 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqeləri və kəndin özü avtomatlardan və pulemyotlardan atəşə tutulub.

Cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti