...

Əli Həsənov: "AŞPA-nın miqrasiya və qaçqınlarla bağlı məsələlər üzrə Komitəsi Azərbaycana münasibətdə ciddi dəyişikliklər edib"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Mart 2006 13:05 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və əhali ilə bağlı məsələlər üzrə Komitəsi Azərbaycana münasibətində ciddi dəyişikliklər edib. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə baş nazirin müavini, ölkənin qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəyan edib.

Onun sözlərinə görə, bu münasibət komitə nümayəndələrinin Azərbaycanın məcburi köçkünlərinin məskunlaşdığı düşərgələrə səfərindən sonra nümayiş etdirilir.

O, bu amilin komitənin Brüsseldə keçirilən iclasında da nəzərə alınacağına əmin olduğunu bildirib. "Ümumiyyətlə, AŞ-nin Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemləri ilə bağlı mövqeyində müsbət dəyişikliklər hiss olunur", - deyə Əli Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti