...

Tahir Kərimov: Vaşinqtonda Dağlıq Qarabağ probleminin nizama salınması üzrə hər hansı danışıqların aparılması hələlik planlaşdırılmır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2006 20:01 (UTC +04:00)

ABŞ-da 2006-cı ilin martın sonunda Dağlıq Qarabağ probleminin nizama salınması üzrə hər hansı danışıqların aparılması planlaşdırılmır. Martın 24-də Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Tahir Kərimov Ermənistanın XİN başçısı Vardan Oskanyanın Vaşinqtona səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ya məsləhətləşmələrin keçirilməsi imkanını şərh edərkən bu barədə Trend ə bildirib.

"Mənə məlumdur ki, Ermənistanın XİN başçısı martın 28-də Vaşinqtona "Minilliyin çağırışları" proqramı ilə bağlı məsələlərin müzakirə edilməsi üçün gələcək və Azərbaycan tərəfi ilə hər hansı əlaqələr nəzərdə tutulmur"-deyə T.Kərimov bildirib.

Qeyd edək ki, bundan öncə bəzi KİV Ermənistan və Azərbaycan XİN başçılarının görüşü barədə məlumat yayıb. Məlumatlara görə, görüş martın sonunda Vaşinqtonda keçirilməli idi.

Xəbər lenti

Xəbər lenti