...

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2006 16:56 (UTC +04:00)

Martın 30-da Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun bir əsgəri həlak olub. Trend xəbər verir ki, bu barədə Azəçrbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Silahlı Qüvvələrininin Berd rayonunun Ayqepar kəndi sahəsində yerləşən mövqelərindən açılan snayper gülləsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndində xidmət aparan hərbi qulluqçusu, əsgər Fərid Rəhim oğlu Əliyev həlak olub.

1986-cı il təvəllüdlü Fərid Əliyev 2005-ci ilin aprel ayında Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti