...

Bu il Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlər üçün $210 milyon vəsait ayıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 May 2006 13:34 (UTC +04:00)

Bu il Azərbaycan hökuməti qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq istiqamətində proqramın reallaşdırılması üçün $210 mln. vəsait ayırıb. Bu barədə Trend ə Azərbaycanın qaçqınlar və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Hökumət bu vəsaiti inkişaf proqramlarının, yeni iş yerlərinin yaradılması, mikrokredit layihələrinin, ərzaq proqramlarının, təhsil və səhiyyənin inkişafına yönəltməyi planlaşdırır.

Bu il həmçinin, beynəlxalq təşkilatlar da Azərbaycanın qaçqın və məcburi köçkünlərinin ehtiyacları üçün $ 30 mln-a yaxın vəsaitin ayrılmasını planlaşdırır.

Xəbər lenti

Xəbər lenti