...

Cəbhə xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2006 12:10 (UTC +04:00)

Mayın 10-11-də Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttindəki bölmələri atəşkəsi ara-sıra pozublar. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mayın 10-da Ermənistan silahlı qüvvələrinin bölmələri saat 23:25-dən 23:30-dək Füzuli rayonu ərazisindəki yüksəklikdə yerləşən mövqelərindən, mayın 11-də saat 01:50-dən 03:45-dək isə Tərtər rayonunun Cerabert kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan ara-sıra atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti