...

Azərbaycanın Moskvadakı səfirliyi Rusiyanın XİN-nə nota göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 May 2006 20:25 (UTC +04:00)

Azərbaycanın Moskvadakı səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə nota göndərib. Bu barədə Trend ə səfirlikdən məlumat verilib.

Etiraz notası qondarma Dağlıq Qarabağ Respublikasının ayrıca dövlət kimi Moskvada keçirilən beynəlxalq turizm sərgisində iştirak etməsi ilə əlaqədar göndərilib. Səfirlikdən bildirilib ki, mayın 15-i axşama olan məlumata görə, Rusiya XİN-dən notaya hələ cavab alınmayıb.

Qeyd edək ki, bir qrup azərbaycanlı tələbə sərgidə qondarma Dağlıq Qarabağ Respublikasının təqdimat mərasiminə mane olmaq məqsədilə etiraz aksiyası keçirib.

Xəbər lenti

Xəbər lenti