...

Ermənistan XİN başçısı: ATƏT Minsk Qrupu həmsədrləri İrəvana mayın 25-26-da səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2006 12:16 (UTC +04:00)

Mayın 25-26-da ATƏT-in Minsk qrupu həmsədrləri İrəvana səfər edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 16-da jurnalistlərə Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bildirib.

"Fikrimcə, həmsədrlərin 3-ü də İrəvana gələcək",- deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin mürəkkəbliyini nəzərə alaraq bu səfər çərçivəsində hər hansı sənədin imzalanması ehtimalı azdır. Bu barədə ARKA xəbər verir.

Xəbər lenti

Xəbər lenti