...

Vardan Oskanyan Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilmə ehtimalını istisna etməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2006 13:07 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan İlham Əliyev və Robert Köçəryan arasında görüşün keçirilmə ehtimalını istisna etməyib. O qeyd edib ki, çox şey Ermənistan və Azərbaycan XİN başçılarının görüşü və vasitəçilərin regiona səfərinin nəticələrindən asılı olacaq.

Mediamaks agentliyinin məlumatına görə, V.Oskanyan bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri mayın sonlarına planlaşdırılıb.

V.Oskanyanın sözlərinə görə, vasitəçilər münaqişə tərəflərinə bir sıra yeni ideyalar təqlim edib və bunlar bu həftə Strasburqda onun Avropa Şurası Nazirlər Komitəsinin iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə müzakirə olunacaq.

"İstənilən təklifin həm müsbət, həm də mənfi tərəfləri var və bütün mübahisəli məsələlər danışıqlar zamanı həll olunmalıdır. Biz mövqelərimizi maksimum yaxınlaşdırmağa çalışacağıq", - deyə V.Oskanyan bildirib.

Xəbər lenti

Xəbər lenti