...

Avstriyanın xarici işlər naziri: Qafqazda münaqişənin nizamlanması "demokratiyanın və qanunun aliliyinin təmin olunmasından asılıdır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2006 17:56 (UTC +04:00)

Avstriyanın xarici işlər naziri Ursula Plasnik bəyan edib ki, Dnestryanı, Dağlıq Qarabağ və Cənubi Osetiyada dondurulmuş münaqişələrin sülh yolu ilə həlli bütün ATƏT məkanında demokratiyanın və qanunun aliliyinin təmin olunmasından asılıdır.

Trend in xəbər verdiyi kimi, Avropa Birliyində sədrlik edən Avstriya XİN başçısı bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Karel de Quxtun başçılıq etdiyi təşkilat "Üçlüyü" ilə görüşünün yekunları üzrə bəyan edib.

"Demokratiyanın möhkəmlənməsi uzunmüddətli sülhün əldə olunması üçün əsas zəmindir",- deyə U.Plasnik vurğulayıb. Bu barədə Mediamaks xəbər verib.

Xəbər lenti

Xəbər lenti