...

Novruz Məmmədov: Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşü barədə razalışma olmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2006 19:34 (UTC +04:00)

Mayın sonlarında Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşü barədə hər hansı bir razılaşma olmayıb. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklüziv məlumat verib.

Onun sözlərinə görə, prezidentlərin Parisdə NATO-nun Parlament Assambleyası çərçivəsində görüşünün mümkünlüyü yalnız jurnalistlərin uydurmalarıdır. Onlar Robert Köçəryanla İlham Əliyevin forumda iştirak edəcəyi halda danışıqların növbəti mərhələsinin keçiriləcəyini ehtimal edirlər.

Bununla yanaşı, N.Məmmədov İ.Əliyevin mayın lap sonlarında sessiyada iştirakını təsdiqləyib. "O, NATO-nun üzvü olan ölkələrinin plenar iclasında iştirak etmək və təxminən 450 nümayəndə qarşısında çıxış etmək niyyətindədir. Prezident Azərbaycanın Avroatlantika strukturlarına inteqrasiyası istiqamətində görülən tədbirlər barədə danışmaq niyyətindədir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti