...

Laçının işğalının 14-cü ildönümü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2006 13:28 (UTC +04:00)

Mayın 17-də Laçın rayonunun işğalının 14-cü ildönümü ilə əlaqədar "Azərbaycan Yolu" Siyasi Hərəkatının təmsilçiləri Şəhidlər Xiyabanını ziyərət ediblər. Trend in məlumatına görə, ziyarətçilər torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxuyub, məzarları önünə cül-çiçək dəstələri qoyub, onların xatirəsini yad ediblər.

"Azərbaycan Yolu" Siyasi Hərəkatının sədr müavini Şəmsəddin Əliyev anım mərasimində çıxış edərək Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunmasının vacibliyindən danışıb. O, bildirib ki, "Azərbaycan Yolu" Siyasi Hərəkatının da əsas məqsədi Qarabağ mübarizəsinə başlamaq, bu istiqamətdə xaricdə müxtəlif aksiyalar keçirməklə beynəlxalq ictimaiyyətin diqqətini erməni işğalına yönəltməkdir.

Ziyarətçilər arasında birinci Qarabağ müharibəsində iştirak etmiş döyüşçülər şəhidlərin ruhu qarşısında baş əyərək torpaqlarımızı işğaldan azad edəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti