...

Erməni hərbçilərinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri həlak olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2006 16:33 (UTC +04:00)

Mayın 17-də səhər saat 6.30 radələrindən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttindəki bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri həlak olub. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Belə ki, Tərtər rayonunun işğal altındakı kəndlərinlən Azərbaycan ordusunun üzbəüz və Goranboy rayonunun Tapqaraqoyunlu kəndindəki mövqeləri atəşə tutulub. Nəticədə N saylı hərbi hissənin sıravi əsgəri Hacıqayıbov Eldar Rafiq oğlu şəhid olub.

Xəbər lenti

Xəbər lenti