...

Son 3 ay ərzində Azərbaycanda 6 mindən artıq mina və partlamamış mərmi məhv edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2006 15:06 (UTC +04:00)

Son 3 ay ərzində Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) səyi ilə 6 mindən artıq mina və partlamamış mərmi məhv edilib. Trend in verdiyi məlumata görə, bu barədə ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verib.

"Hər gün Azərbaycanda 300-400 mərmi aşkar edilir", -deyə N. İsmayılov bildirib. Onun sözlərinə görə, mayın 18-də respublikanın Ağcabədi rayonunu ərazisində erməni vertolyotlarından atılan 4 mərmi aşkar edilib.

Beynəlxalq dəstəyə gəldikdə, Agentliyin direktoru bildirib ki, bu günə kimi fəaliyyət üçün 13 milyon dollar xərclənib. Onun 20 %-i Azərbaycan hökuməti, digər hissəsi isə müxtəlif ölkələrin və donor təşkilatları tərəfindən ödənilib. Bu məbləğdən 7 milyon dollar ABŞ hökuməti tərəfindən verilib.

"Gördüyünüz kimi, insidentlərin sayı azalmır və bu da ANAMA -nın fəaliyyətinin genişləndirilməsini tələb edir. Ölüm hallarının sayının gizlədilməsinə heç bir səbəb yoxdur. Agentlik özü aparılan işlərlə bağlı informasiyaların açıqlanmasında maraqlıdır və bu, əhalini maarifləndirməyə və müəyyən dərəcədə insidentlərin qarşısını almağa imkan verir", -deyə o bildirib və son illər ərzində respublikanın 1800-dən artıq vətəndaşının mina və mərmilərin partlayışı nəticəsində həlak olduğu və ya yaralandığını qeyd edib.

N.İsmayılov həmçinin, qeyd edib ki, Azərbaycan ərazilərində məhv edilən mina və mərmilər keçmiş Sovetlər İttifaqında istehsal olunub. "Qərb dövlətlərinin istehsalı olan döyüş sürsatına hələ rast gəlinməyib", -deyə o qeyd edib. Lakin o, Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən, Dağlıq Qarabağ ərazisində dünyanın müxtəlif ölkələrində istehsal olunmuş silahların toplaşdığını istisna etməyib. "Bu, Çin, Pakistan, İtaliya istehsalı olan minalardır və ermənilər özləri də mina istehsal edirlər", -deyə sonda Agentliyin direktoru bildirib.

Xəbər lenti

Xəbər lenti