...

Qoşunların təmas xəttində monitoinq keçirilməsi planlaşdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2006 12:02 (UTC +04:00)

Mayın 23-də ATƏT-tin hazırkı sədrinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, qoşunların təmas xəttində keçiriləcək.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Piter Ki keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Harri Eronen və Jiri Aberle keçirəcək.

Xəbər lenti

Xəbər lenti