...

Elmar Məmmədyarov: Bakı ATƏT MQ həmsədrlərinə dəyişməz mövqeyini təqdim edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2006 10:55 (UTC +04:00)

Rəsmi Bakı növbəti dəfə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində özünün dəyişməz mövqeyini təqdim edəcək. Trend in İTV-yə istinadən xəbər verdiyi kimi, bu barədə mayın 22-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT MQ-nın həmsədr ölkələrinin yüksək vəzifəli şəxslərdən ibarət missiyasının mayın 24-25-də Bakıya nəzərdə tutulmuş səfərini şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi regionda sülhə nail olmağa çalışır. Buna görə də münaqişənin mərhələli həllini ən optimal variant hesab edir. "Əgər "mərhələli" proses öz əksini taparsa, o zaman birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqlar azad olunacaq, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq. Bundan sonra isə Dağlıq Qarabağ və Şuşadan olan qaçqınlar öz evlərinə qayıtmalıdır. Yaşayış üçün normal şərait yarandıqdan sonra iqtisadiyyat da inkişaf etməlidir", - deyə nazir vurğulayıb.

E.Məmmədyarov qeyd edib ki, yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələ müzakirə oluna bilər.

Xəbər lenti

Xəbər lenti